Xəbərlər

Avstriyada rusyönümlü partiya qalib gəlib

Səsvermə bülletenlərinin 100%-nin işlənməsinin nəticələrinə əsasən, anti-Rusiya sanksiyalarına qarşı çıxan Avstriya Azadlıq Partiyası (APS) parlament seçkilərində 28,8% səslə birinci yeri tutub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “ORF” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, ikinci yerdə 26,3% səslə hakim Avstriya Xalq Partiyası (ANP), üçüncü yerdə 21,1% səslə Avstriya Sosial Demokrat Partiyası, dördüncü yerdə 9,2% səslə Yeni Avstriya – Liberal Forumu (NEOS), beşinci yerdə isə 8,3% səslə hazırkı hakim koalisiyaya daxil olan Yaşıllar qərarlaşıb.