Xəbərlər

Polşa XİN: Ukraynanın Aİ-yə daxil olması prosesi çətin keçəcək

“Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi çox çətin olacaq, bunun səbəblərindən biri Kiyevin Varşavanın tələbi ilə Volın qırğını qurbanlarının cəsədlərinin eksqumasiyasını bərpa etmək istəməməsi ola bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Polşa Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Radoslav Sikorski “TOK FM” radiostansiyasının efirində bildirib.

“Biz Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlar aparacağıq. Volın qırğınının qurbanlarının ləyaqətlə dəfn edilməsinin zəruriliyinə gəlincə, bu, mənə elə gəlir ki, keçmişdən qalma Avropanın mədəni kodu məsələsidir”, – məlumatda bildirilib.