Xəbərlər

Belarus və Rusiya baş nazirləri arasında görüş olacaq

Belarusun Baş naziri Roman Qolovçenko İrəvanda Rusiyanın Baş naziri Mixail Mişustinlə Avrasiya Hökumətlərarası Şurasının (EMİK) iclası çərçivəsində görüşməyi planlaşdırdığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

“Tədbir çərçivəsində qarşılıqlı fəaliyyətimizin cari məsələlərini müzakirə etmək üçün Rusiya Federasiyası hökumətinin sədri ilə görüş planlaşdırılır”, – Qolovçenko bildirib.

Qeyd edilib ki, tədbirlər 30 sentyabr – 1 oktyabr tarixlərində İrəvanda keçiriləcək.