“Birləşmiş Ştatların Tayvana silah tədarükü Tayvan boğazındakı vəziyyətə və ya Çinin milli suverenlik və ərazi bütövlüyünü müdafiə etmək əzminə təsir etməyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu ABŞ Prezidenti Co Baydenin adaya silah və digər hərbi yardımların tədarükü üçün 567 milyon dollar ayırmaq qərarını şərh edən Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Cian deyib.
“Birləşmiş Ştatların Tayvana nə qədər silah tədarük etməsindən asılı olmayaraq, bu, heç bir şəkildə Tayvan boğazındakı vəziyyəti dəyişməyəcək. Çin Tayvanın qondarma “müstəqilliyinə” qarşı çıxmaqda və onun suverenliyini və ərazi bütövlüyünü müdafiə etməkdə qərarlıdır”, – Cian qeyd edib.
O, yenidən Vaşinqtonu “vahid Çin” Prinsipinə və Çin-ABŞ birgə kommünikesinə səmimiyyətlə əməl etməyə və Tayvanı istənilən şəkildə silahlandırmağı dayandırmağa çağırıb.