Xəbərlər

KİV: Ağ Ev İsrailin Hizbullaha qarşı əməliyyatına gizli dəstək verib

“ABŞ liderləri İsrailin Hizbullaha qarşı hərbi təzyiqi artırmaq qərarını dəstəkləyəcəklər”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Politico” qəzeti İsrail və ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Veilən məlumata əsasən, ABŞ-ın xüsusi elçisi Amos Hawksteen və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk cari hadisələrdən bir neçə həftə əvvəl yüksək səviyyəli İsrail nümayəndələrinə ABŞ-ın İsrailin Baş naziri Benyamin Netanyahunun strategiyası ilə razı olduğunu bildiriblər.