Xəbərlər

Lukaşenko: Belarus Si Cinpinin səfərini gözləyir

“Belarus Çin Prezidenti Si Cinpinin onun üçün əlverişli vaxtda ölkəyə səfərini gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Əməkdaşlığa, konstruktiv yanaşmaya görə Cinpinə xüsusi minnətdarlığımı bildirmək və xoş arzularımı çatdırmaq istəyirəm. Biz onun əlverişli vaxtda Belarusa səfərini gözləyirik”, – Lukaşenko bildirib.