“Alyans Çin haqqında yanlış təsəvvürünü düzəltməli və Asiya-Sakit Okean regionundan kənarda qalmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Çinin Avropa İttifaqındakı (Aİ) diplomatik missiyası NATO-nun baş katibi Mark Ruttenin alyansın Hind-Sakit okean regionundakı tərəfdaşları ilə əlaqələrin gücləndirilməsinin zəruriliyi barədə sözlərini şərh edərkən bildirib.
“Çin NATO-nu soyuq müharibə zehniyyətindən əl çəkməyə, Çin haqqında yanlış təsəvvürlərini düzəltməyə, Asiya-Sakit okean regionunun işlərinə qarışmağı dayandırmağa, dünya sülhü və sabitliyinə töhfə verən işlər görməyə çağırır”, – məlumatda bildirilib.