Xəbərlər

Meksika vətəndaşlarını İran və İsraili tərk etməyə çağırıb

Meksika Xarici İşlər Nazirliyi (XİN) Tehran və Təl-Əviv arasında gərginliyin artması fonunda həmvətənlərini İran və İsraili dərhal tərk etməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə nazirlik məlumat yayıb.

“Yaxın Şərqdə son gərginliyin və risk səviyyəsinin artması nəzərə alınaraq, Meksika XİN-i İran və İsraildəki meksikalıları dərhal əlçatan kommersiya vasitələri ilə daha təhlükəsiz yerlərə köçməyi düşünməyə çağırır. Meksika hökuməti həmçinin bütün tərəfləri Yaxın Şərqdə gərginliyi azaltmaq üçün təcili addımlar atmağa çağırıb”, – məlumatda bildirilib.