Xəbərlər

Nyu-Yorkda BMT-nin baş katibi və Kiprin icma liderlərinin görüşü keçiriləcək

Oktyabrın 15-də Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreş ilə Kiprin yunan və türk icmalarının liderləri Nikos Xristodulides və Ersin Tatar arasında görüş keçiriləcəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Şimali Kipr Türk Cumhuriyyətinin lideri Ersin Tatarın ofisi məlumat yayıb.

“BMT-nin yüksək səviyyəli rəsmiləri bizə bildiriblər ki, Yunan-Kipr tərəfi BMT Baş Katibinin ofisi ilə məsləhətləşmələr zamanı görüşün tarixini təsdiqləyib, Quterreş yaxın vaxtlarda hər iki tərəfə dəvət göndərəcək”, – məlumatda bildirilib.