Xəbərlər

Husilər PUA-larla Təl-Əvivə zərbələr endirib

Husilər hərəkatı Təl-Əvivə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

“Füyuzat”ın məlumatına görə, bunu hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya bildirib.

“Yəmən Hərbi Hava Qüvvələri Təl-Əvivin mühüm obyektlərinə hücum etmək üçün Yaffa pilotsuz təyyarələrindən istifadə edərək əməliyyat həyata keçirib”, – Səriya qeyd edib.