Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cümə axşamı Təhlükəsizlik Şurasında İranın İsrailə raket hücumlarını və Livandakı vəziyyəti müzakirə edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Milliyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Türkiyə liderinin sədrliyi ilə keçiriləcək Milli Təhlükəsizlik Şurasının iclasında regionda baş verən hadisələr müzakirə olunacaq. İclasda şuraya daxil olan nazirlərlə yanaşı, yüksək səviyyəli təhlükəsizlik rəsmiləri də iştirak edəcək. İsrailin Livandakı əməliyyatları və İranın İsrailə raket hücumları əsas müzkirə məsələsi olacaq”, – məlumatda bildirilib.