Xəbərlər

Papuaşvili LGBT təbliğatını qadağan edən qanunu imzalayıb

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstan Prezidenti Salome Zurabişvilinin təsdiq etməkdən imtina etdiyi LGBT təbliğatını qadağan edən qanunu imzalayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Papuaşvilinin adından “Facebook”da yerləşdirilən bəyanatda bildirilib.

“Bu gün Gürcüstan Konstitusiyasına əsasən, Salome Zurabişvilinin imzalamaqdan imtina etdiyi “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunu imzalayıram. Müvəqqəti, dəyişkən ideyalar və ideologiyalar, əsrlər boyu möhkəmlənən sağlam düşüncəyə, tarixi təcrübəyə və xristian, gürcü və Avropa dəyərlərinə əsaslanan kültürümüzə zərər verməməlidir”, – məlumatda qeyd olunub.