Xəbərlər

G7 liderləri Yaxın Şərqdəki tərəfləri təmkinli olmağa çağırıb

“G7 ölkələrinin liderləri Yaxın Şərqdəki tərəfləri təmkinli olmağa və gərginliyi azaltmağa çağırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Silsilə şəklində olan təhlükəli hücumlar və cavab tədbirləri Yaxın Şərqdə eskalasiyaya gətirib çıxarır. Bu da heç bir tərəfin maraqlarına uyğun deyil. Buna görə də biz regional oyunçuları məsuliyyətli davranmağa və təmkinli olmağa çağırırıq. Biz gərginliyi azaltmaq üçün bütün tərəfləri konstruktiv hərəkət etməyə çağırırıq”, – məlumatda bildirilib.