“Avropa İttifaqı (Aİ) iqtisadi sahədə soyuq müharibə aparır, öz inkişafını məhdudlaşdırır və rəqabət qabiliyyətini azaldır”.
“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.
“İqtisadi soyuq müharibə Macarıstan üçün böyük təhlükədir, çünki bu, ilk növbədə bizə, bizim ixracyönümlü iqtisadiyyatımıza təsir edir”, – hökumət başçısı bildirib.