Xəbərlər

Türkmənistan Rusiya ilə strateji tərəfdaşlığı gücləndirməyə ümid edir

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov rusiyalı həmkarı Vladimir Putini ad günü münasibətilə təbrik edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Neytral Türkmənistan” məlumat yayıb.

“Biz Türkmənistanda sizin dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişafına verdiyiniz böyük şəxsi töhfənizi yüksək qiymətləndiririk və çoxillik qarşılıqlı hörmət, etimad və mehriban qonşuluq ənənələrinə əsaslanan strateji tərəfdaşlığı daha da gücləndirəcəyimizə ümid edirik”, – nəşr Türmənistan liderindən sitat gətirib.