Xəbərlər

KİV: İsrail hərbçiləri Ceninə hücum edib

İsrail ordusu İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücum edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “WAFA” xəbər agentliyi məlumat yayıb.

Verilən məlumata əsasən, hərbçilər hərbi texnika və buldozerlərin müşayiəti ilə şəhərin şərq hissəsinə Həlimə Əl-Saadiyə və Bayader məhəllələri istiqamətində reydlər həyata keçirib.