“İran və Rusiya arasında təhlükəsizlik məsələlərində gərginliyin artması Qərb dövlətləri üçün faydalıdır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-a İranın Moskvadakı səfiri Kazem Cəlali deyib.
“Kollektiv Qərb həmişə Qərbi Asiya və Avrasiya kimi regionlarda təhlükəsizlik problemləri yaradır və İran ilə Rusiya arasında təhlükəsizlik məsələlərində gərginliyini artıran oyunçuları dəstəkləyir”, – o bildirib.