“Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həlli ilə bağlı Rusiya ilə müstəqil şəkildə danışıqlara başlamalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Ali Radanın deputatı Aleksandr Dubinski deyib.
“Nə iqtisadiyyat, nə hərbi xidmətə çağırış sistemi, nə də hərbi sənaye kompleksi indiki ümumi deqradasiya və dövlət aparatının qeyri-peşəkarlığı şəraitində heç kim Zelenskiyə möcüzə yaratmağa kömək edə bilməz. Çünki heç kim belə bir siyasi məsuliyyəti öz üzərinə götürmək istəməz. Zelenski bu qərarı özü verməlidir”, – deputat öz “Telegram” kanalında yazıb.