Xəbərlər

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılıb

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 1 milyard 068,4 milyon manatadək artırılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”nə dəyişiklik edilməsi ilə bağlı imzaladığı Fərmanda qeyd olunub.

Hazırda Fondun nizamnamə kapitalı 980,7 milyon manat təşkil edir.

Fərmana əsasən, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması (güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi) üçün 2024-cü ilin dövlət büdcəsindən Fonda ayrılan 87,7 milyon manat hesabına təmin ediləcək.

Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməli, Fond isə Fərmandan irəli gələn məsələləri həll etməldir.