Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan serbiyalı həmkarı Aleksandr Vuçiç ilə Ukrayna münaqişəsini və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
“Füyuzat”ın məlumatına görə, bunu Rəcəb Tayyib Ərdoğan Belqradda Vuçiçlə birgə mətbuat konfransında deyib.
“Biz cənab Vuçiçlə regional və qlobal mövzuları müzakirə etdik. Danışıqlar zamanı mən bir daha Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəyimi ifadə etdim. Mən həmkarıma dedim ki, Türkiyə Ukraynada davamlı sülhə nail olmaq üçün səyləri davam etdirməkdə qərarlıdır. İsrail administrasiyasının insanların həyatını və insan ləyaqətini alan hücumlarını dayandırmaq lazımdır. Problemin kökündə İsrailin Fələstin torpaqlarında işğalını davam etdirməsi dayanır. Bu baxımdan müstəqil, suveren və coğrafi cəhətdən inteqrasiya olunmuş bir Fələstin dövlətinin yaradılması mütləqdir”, – Türkiyə lideri bildirib.