Xəbərlər

Almaniya və tərəfdaşları Kiyevə 1,4 milyard avro dəyərində hərbi yardım göstərəcək

Almaniyanın tərəfdaşları ilə birlikdə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“İlin sonuna kimi tərəfdaşlarımız – Belçika, Danimarka və Norveçin dəstəyi ilə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində əlavə hərbi dəstək paketi təqdim edəcəyik”, – Şolts vurğulayıb.