Hollandiya Ukraynaya hərbi yardım üçün ümumilikdə 10,4 milyard avro ayırıb. Bunun 6 milyard avrodan çoxu xərclənməmiş qalır.
“Füyuzat”ın məlumatına görə, bunu ölkənin Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans qeyd edib.
O, Kiyevə hərbi yardımın 1 milyard avro azaldılması ilə bağlı yayılan məlumatları təkzib edərək, məlumatın doğru olmadığını qeyd edib.
“Ukraynaya bir avro da az xərclənməyəcək”, – nazir qeyd edib.
Brekelmansın sözlərinə görə, Ukraynada münaqişə başlayandan bəri hərbi dəstək üçün ümumilikdə 10,4 milyard avro ayrılıb:
“Bunun təxminən 4 milyard avrosu artıq xərclənib və 6 milyard avrodan çoxu qalıb”. Hollandiya Müdafiə Nazirliyinin məlumatına görə, bu günə qədər Ukraynaya göstərilən hərbi yardımın ümumi həcmi 3,76 milyard avroya çatıb.