Xəbərlər

Ərdoğan: Türkiyə kəşfiyyatı İsrailin Ankaraya qarşı bütün addımlarını izləyir

“Türkiyə kəşfiyyat xidmətləri İsrailin Türkiyəyə qarşı bütün keçmiş və ehtimal olunan gələcək addımlarını izləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“İsrailin təcavüzünə göz yummaq olmaz. Hazırda kəşfiyyatımızın köməyi ilə İsrailin Türkiyəyə qarşı əvvəllər atdığı və ya gələcəkdə atacağı bütün addımları təbii olaraq nəzarət altında saxlayırıq. İsrail təkcə Fələstinin və Livanın sabitliyini hədəf almır. Biz bütün bunları bilirik və boş oturmuruq. Qəzzadakı soyqırım hər kəsin gözü qarşısında baş verdi və bəşəriyyətin tarixi üçün utanc verici hadisələrdən biri oldu. Biz İsrailin soyqırımına görə məsuliyyət daşıması üçün qanun və diplomatiyaya əsaslanaraq lazım olan hər şeyi etməyə davam edəcəyik”, – Ərdoğan bildirib.