Xəbərlər

ABŞ Tayvan yaxınlığında baş verənlərlə bağlı müttəfiqlərlə koordinasiya elan edib

Birləşmiş Ştatlar administrasiyası Tayvan yaxınlığında Çin Silahlı Qüvvələrinin keçirdiyi məşqlərlə əlaqədar öz hərəkətlərini regiondakı müttəfiqləri və tərəfdaşları ilə koordinasiya edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında bildirilir.

“Biz Çini təmkinli olmağa və Tayvan boğazında və ümumilikdə regionda sülh və sabitliyi poza biləcək hər hansı növbəti hərəkətlərdən qaçmağa çağırırıq.

Bu, regional sülh və firavanlıq üçün zəruridir və beynəlxalq narahatlıq doğuran məsələdir. Biz Çin ordusunun fəaliyyətini izləməkdə davam edir və ümumi problemlərimizlə bağlı müttəfiqlərimiz və tərəfdaşlarımızla birgə hərəkətlərimizi koordinasiya edirik”, – diplomat deyib.