Xəbərlər

Qazax sakini minaya düşüb, ayağı amputasiya olunub

Qazax rayonun Quşçu Ayrım kəndi ərazisində mina hadisəsi baş verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.

Bildirilib ki, kənd sakini 2001-ci il təvəllüdlü Sarıyev İlkin Amil oğlu heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb:

“Hadisə nəticəsində Sarıyev İlkin sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb. Vəziyyəti stabildir. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra icra edilir. Faktla bağlı Qazax rayon prokurorluğunda araşdırma aparılır”.