Böyük Britaniya Gürcüstan hakimiyyətinin hərəkətlərinə görə Gürcüstanla dialoqu dondurmaq və iki ölkənin müdafiə qurumları arasında danışıqları ləğv etmək qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniyanın Gürcüstandakı səfiri Qaret Uord deyib.
“Biz, yəni Britaniya tərəfi, 10 ildə ilk dəfə olaraq, nazirlər arasında illik yüksək səviyyəli dialoqu dondurmaq qərarına gəldik. Dialoq formatının yaradılmasından sonra ilk dəfə olaraq müdafiə qurumları arasında planlaşdırılan yüksək səviyyəli danışıqları da ləğv etdik və yeni kibertəhlükəsizlik proqramını dayandırdıq”, – Uord bildirib.