NATO-nun “Steadfast Noon” nüvə təlimində Polşa Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd “F-16” döyüş təyyarəsinin və 90 hərbçinin iştirak etdiyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bunu Polşa Ordusunun Baş Qərargah rəisi general Vislav Kukula “RAR” xəbər agentliyinə müsahibəsində deyib.
“Polşa pilotları mütəmadi olaraq NATO-nun nüvə təlimlərində iştirak edir, onlar adətən nüvə silahı daşıyıcıları üçün müşayiətçi kimi çıxış edirlər”, – general vurğulayıb.