Xəbərlər

Finlandiya: Qərb Ukraynadakı münaqişə ilə bağlı yorğundur

“Qərb ölkələri Ukraynadakı münaqişədə getdikcə daha çox yorulur və onun həlli üçün hansısa üsula ümid edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

“Bu yorğunluq realdır və getdikcə daha da artacaq. Yaxın Şərqdə davam edən münaqişə Qərbin həm diqqətini, həm də resurslarını yayındırıb. Ukraynaya dəstək var, lakin bu dəstək kifayət edirmi?!” – nazir bildirib.