Xəbərlər

Braziliya BRİCS üzvlüyünə namizədləri BMT TŞ-da islahatları dəstəkləməyə çağırır

“BRİCS-ə qoşulmaq istəyən ölkələr BMT Təhlükəsizlik Şurasında (TŞ) islahatlar edilməsi təklifini dəstəkləməlidirlər”.

“Füyuzat”ın məlumatına görə, bunu Braziliya Xarici İşlər Nazirliyinin (XİN) Asiya-Sakit Okean regionu üzrə katibliyinin rəhbəri Eduardo Pais Sabo deyib.

“BRİCS-ə qoşulmaq istəyən tərəflər Təhlükəsizlik Şurasında islahatları dəstəkləmək üçün lider mövqe tutmalıdır, bu, təkcə Braziliya üçün deyil, həm də Hindistan və Cənubi Afrika kimi digər ölkələr üçün əsas məqamdır”, – Sabo bildirib.