Xəbərlər

KİV: ABŞ hərbi bazası silahlı qruplar tərəfindən atəşə tutulub

Silahlı qruplar Deyr əz-Zor əyalətindəki Konoko neft-qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını atəşə tutub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Al Mayadeen” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Verilən məlumata görə, hərbi baza hücuma məruz qaldıqdan sonra, Suriya ordusunun nəzarəti altında olan Deyr əz-Zor şəhərinin şərq ətrafı da daxil olmaqla, cavab atəşi açılıb.