Xəbərlər

Statistika Komitəsi: Əhalinin gəlirləri 6 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 61 milyard 587 milyon manat təşkil edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 5,6 % artaraq 6 039 manata çatıb.