Xəbərlər

Pakistan: Çinin beynəlxalq təşəbbüslərini dəstəkləyirik

“Pakistan Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin əsas beynəlxalq təşəbbüs və təkliflərini yüksək qiymətləndirir və dəstəkləyir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslamabadda Pakistanın Baş naziri Şahbaz Şərif və ÇXR Dövlət Şurasının Baş naziri Li Çian arasında danışıqların yekunlarına dair birgə bəyanatda bildirilib.

“Pakistan tərəfi Çin sədri Si Cinpinin irəli sürdüyü bəşəriyyət üçün ortaq gələcəyi olan icma konsepsiyası, “Bir kəmər, bir yol” təşəbbüsü, Qlobal İnkişaf Təşəbbüsü və Qlobal İnkişaf kimi əsas baxışları və təklifləri yüksək qiymətləndirir və qətiyyətlə dəstəkləyir”, – məlumatda qeyd edilib.