Xəbərlər

Blinken və Sibiqa Vaşinqtonun Kiyevə yardımını müzakirə ediblər

ABŞ dövlət katibi Entoni Blinken Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə telefon danışığı aparıb. Tərəflər Vaşinqtonun Kiyevə yardımını, eləcə də gözlənilən diplomatik tədbirləri müzakirə edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında qeyd edilib.

“Dövlət katibi ABŞ-ın Ukraynaya hərbi və iqtisadi yardım göstərməyə və onun hərbi potensialını gücləndirməyə davam edəcəyini bildirib”, – məlumatda deyilir.