Xəbərlər

ABŞ Sakit okean regionunda təlimləri genişləndirmək niyyətindədir

“ABŞ Müdafiə Nazirliyi Sakit okean regionunda təlimlərini genişləndirməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın Sakit okeandakı quru qoşunlarının komandanı, general Çarlz Flinn Vaşinqtonda Yeni Amerika Təhlükəsizliyi Mərkəzində çıxışı zamanı deyib.

“ABŞ Ordusu və Hərbi Hava Qüvvələri hər il bölgədə 40-dan çox təlimdə iştirak edir”, – general bildirib.

Təlimlər zamanı pilotsuz uçuş aparatları (PUA), qanadlı raketlər və digər raket təhdidlərinə qarşı mübarizə üzrə təlimlərin keçiriləcəyi bildirilib.