“Pakistan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Hökumət Başçıları Şurasının iclasının iştirakçı ölkələrin sosial-iqtisadi inkişafına töhfə verəcəyini gözləyir”.
“Füyuzat”ın məlumatına görə, bunu Pakistanın Baş naziri Şahbaz Şərif ŞƏT-in iştirakçılarına salamlama nitqində deyib.
“ŞƏT-in bütün üzvlərinin nümayəndələrinin bu tədbirdə iştirakı ölkələrimiz arasında əlaqələrin möhkəmliyinə dəlalət edir. Biz bu sammitin iştirakçı ölkələrin sosial-iqtisadi inkişafına, eləcə də regionda sülh və sabitliyin təşviqinə töhfə verəcəyini gözləyirik”, – Şərif bildirib.