Xəbərlər

Avstraliya Ukraynaya 164 milyon dollarlıq hərbi yardım göndərə bilər

Avstraliya hakimiyyəti 164 milyon dollar dəyərində yeni hərbi yardım paketini Ukraynaya təhvil verəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliya Baş nazirinin müavini və müdafiə naziri Riçard Marles bildirib.

“Təxminən 245 milyon Avstraliya dolları təşkil edən bu paket Ukrayna Silahlı Qüvvələrinin atəş gücünü və hərəkət qabiliyyətini artıracaq və Ukrayna zirehli briqadalarını dəstəkləyən tərəfdaş ölkələrin səylərini tamamlayacaq”, – Marles deyib.

Nazir həmçinin qeyd edib ki, 2022-ci ilin fevralından Avstraliyanın Ukraynaya göstərdiyi hərbi yardımın ümumi həcmi 1,3 milyard Avstraliya dollarını (870 milyon dollardan çox) ötüb. Kiyevə daha 200 milyon Avstraliya dolları (təxminən 134 milyon dollar) humanitar yardım kimi ayrılıb.