Koreya Xalq Demokratik Respublikası (KXDR) cənub qonşusu ilə ərazi demarkasiyası siyasətinin tərkib hissəsi olaraq Koreya yarımadasının şərqində və qərbində Koreya Respublikası ilə avtomobil və dəmir yolu əlaqəsini tamamilə kəsib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
“KXDR-in dövlət hakimiyyəti altında olan ərazi sərhədləri Koreya Respublikasının ərazisi ilə tamamilə ayırılıb”, – məlumatda bildirilib.