İsrailin Baş naziri Benyamin Netanyahu hesab edir ki, Fransa Prezidenti Emmanuel Makron İsrail dövlətinin BMT-nin qətnaməsi əsasında yarandığını bəyan etməklə tarixdən xəbərsiz olduğunu göstərib və hörmətsizlik nümayiş etdirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Netanyahu “Le Figaro” qəzetinə müsahibəsində bildirib.
“Bu, tarixdən xəbərsizliyi və hörmətsizliyi göstərir. BMT yəhudi xalqının dövlət hüququnu tanıdı, lakin təbii ki, onu yaratmadı”, – Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail Müstəqillik Müharibəsi nəticəsində dövlətçilik əldə edib.
Netanyahu əlavə edib ki, BMT 1948-ci il müharibəsində iştirak etməyib. Onun yerinə müharibədə “Holokostdan və Vişi rejimindən sağ çıxan insanlar iştirak edib”.