Xəbərlər

Liviya: Seçkilər siyasi böhrandan yeganə çıxış yoludur

“Liviyada Prezident və parlament seçkilərinin keçirilməsi siyasi böhrandan yeganə çıxış yoludur”.

“Füyuzat”ın məlumatına görə, bunu Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Əlcəzairin paytaxtında apardıqları danışıqlardan sonra Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransı zamanı deyib.

“Liviyadakı siyasi böhranın həlli parlament və prezident seçkilərinin keçirilməsidir, başqa hər hansı bir həll istənilən nəticəni verməyəcək, çünki Liviya xalqından başqa heç kim kimin onun nümayəndəsi olacağını və kimin hakimiyyəti ələ keçirəcəyini daha yaxşı seçə bilməz”, – Əl-Mənfi bildirib.