Xəbərlər

Orban: Trampın seçkilərdə qələbəsi Avropa üçün faydalıdır

“ABŞ-ın keçmiş Prezidenti Donald Trampın noyabrın 5-də keçiriləcək seçkilərdə mümkün qələbəsi və Ağ Evə qayıtması iqtisadi baxımdan Avropa üçün ideal olmasa da, Avropa İttifaqının (Aİ) xeyrinədir”.

“Füyuzat”ın məlumatına görə, bunu Macarıstanın Baş naziri Viktor Orban “The Pioneer” xəbər portalına müsahibəsində deyib.

“Tramp qalib gəlsə, bu, Avropa üçün, Avropadakı bütün sülhsevər insanlar üçün yaxşı olacaq. Respublikaçı Trampın dövründə ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrisin rəhbərlik etdiyi indiki Demokratik administrasiya dövründə olduğu kimi şiddətli beynəlxalq münaqişələr olmayıb”, – Orban əlavə edib.