“ABŞ Prezidenti Co Bayden Qəzza zolağında hərbi əməliyyatların tezliklə dayandırılmasını gözləyir və yaxın günlərdə ABŞ dövlət katibi Entoni Blinkeni İsrailə göndərəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Müharibəni bitirmək və girovları evlərinə qaytarmağın vaxtı çatıb. Biz bunu etməyə hazırıq. Və mən Entoni Blinkeni İsrailə göndərirəm. Düşünürəm ki, o, dörd-beş günə səfər edəcək. Biz bu barədə Netanyahu ilə danışmışıq. İndi sabahın necə olacağı, Qəzzada razılaşmanı necə təmin edə biləcəyimiz barədə düşünməliyik. İnşallah çox tezliklə Qəzza zolağında müharibə bitəcək”, – Bayden əlavə edib.