Xəbərlər

Şolts: Türkiyəyə səfərim zamanı bir çox mövzuları müzakirə edəcəyik

Almaniya kansleri Olaf Şolts Türkiyəyə səfəri zamanı immiqrasiya, Avropa İttifaqı (Aİ) və ikitərəfli əlaqələr kimi bir çox mövzunu müzakirə edəcəklərini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Şolts jurnalistlərə müsahibəsində deyib.

“Əlbəttə ki, immiqrasiya həmişə vacib məsələdir. Türkiyə ilə Almaniyanın bu məsələdə birgə çalışması doğru və məntiqlidir. Biz bunu həmişə dəstəkləmişik və Avropa İttifaqını (Aİ) müvafiq sazişləri genişləndirməyə çağırmışıq. Bizim Türkiyə və Almaniya arasındakı münasibətlərlə bağlı müzakirə etməli olduğumuz başqa məsələlər də var”, – Şolts qeyd edib.