Xəbərlər

Türk Yaşıl Maliyyə Şurasının yaradılması istiqamətində işlər sürətləndiriləcək

Qırğızıstanda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ticarət və İqtisadiyyatdan Məsul Nazirlərinin 13-cü Toplantısında alınan birgə qərara əsasən, Türk Yaşıl Maliyyə Şurasının yaradılması istiqamətində işlər sürətləndiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat sosial media hesabındakı paylaşımında məlumat verib.

Ortaq şüurla bir araya gələn Türk Dövlətləri Təşkilatına üzv ölkələrin siyasi, iqtisadi və kommersiya baxımından mühüm potensiala malik olduğunu bildirən Bolat qeyd edib: “Ticarət və enerji yollarına ev sahibliyi etməsi ilə Mərkəzi Dəhlizdə strateji əhəmiyyətə malik olan üzv ölkələr iqtisadiyyat, ticarət, nəqliyyat, enerji, texnologiya və müdafiə sənayesi başda olmaqla, müxtəlif sahələrdə əməkdaşlıqlarını gücləndirirlər”.

Bolat görüşün əməkdaşlığın daha da dərinləşməsinə mühüm töhfələr verəcəyinə inandıqlarını bildirib.