Xəbərlər

KİV: Çin Prezidenti KXDR ilə dostluğu inkişaf etdirməyə hazırdır

Çin Prezidenti Si Cinpin Şimali Koreya lideri Kim Çen İnin təbrik teleqramına cavab olaraq Pxenyanla dostluq münasibətlərini inkişaf etdirməyə hazır olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Səmimiyyətlə arzu edirəm ki, qardaş Koreya xalqı sosializm quruculuğu işini irəli aparsın və yoldaş baş katibin rəhbərlik etdiyi Koreya Fəhlə Partiyasının rəhbərliyi altında davamlı olaraq yeni uğurlar qazansın” – Si Cinpin vurğulayıb.