Xəbərlər

Fransa Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək

“Fransa öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə davam edəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Sebastyen Lekornu “La Tribune Dimanche” qəzetinə müsahibəsində  deyib.

“Belə bir niyyətim var, bunun üzərində işləyirəm, biz Anna Kiyev briqadasını tamamlayacaq əsgərlər hazırlamağı bacarmalıyıq”, – nazir bildirib.

Qeyd edilib ki, Fransa hərbçiləri hazırda ölkənin şərqindəki Qrand Est bölgəsində Ukrayna Silahlı Qüvvələrinin təxminən 2,3 min üzvünə təlim keçir.