Xəbərlər

Bakıda yeni parklanma məntəqələri yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma məntəqələri yaradıb.

 “Füyuzat”ın məlumatına görə, bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, yenidənqurma işləri çərçivəsində paytaxtın İsmayıl bəy Qutqaşınlı və Qurban Xəlilov küçələrində 5 yeni ödənişli parklanma məntəqəsi istifadəyə verilib.

“Bakı küçələrində aparılan yenidənqurma işləri nəqliyyat axınlarını daha rahat və təhlükəsiz etməyi hədəfləyir” – deyə agentlik bəyan edib.