Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BRİCS ölkələrinin dövlət başçılarının sammitində iştirak etmək üçün Kazana səfər edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tatarıstan Respublikası Dövlət Şurasının mətbuat xidməti məlumat yayıb.
“BMT-nin baş katibi Antoniu Quterreş BRİCS dövlət başçılarının sammitində iştirak etmək üçün Kazana gəlib. Kazan Beynəlxalq Hava Limanında Quterreşi Tatarıstan Respublikası Dövlət Şurasının sədri Fərid Muxametşin qarşılayıb”, – məlumatda bildirilib.