“Pekin BRİCS ölkələri arasında strateji və praktiki əməkdaşlığı inkişaf etdirməyə ümid edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə BRİCS-in 16-cı sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Çin Prezidenti Si Cinpin deyib.
“Biz BRİCS ölkələri arasında müxtəlif sahələrdə strateji koordinasiya və praktiki əməkdaşlığı təşviq etmək, təşkilatın əməkdaşlıq mexanizmlərinin gələcək inkişafını BRİCS liderləri ilə hərtərəfli müzakirə etməyi səbirsizliklə gözləyirik”, – Çin lideri bildirib.