Xəbərlər

Britaniya Ukraynaya 155 milyon dollarlıq hərbi yardım ayıracaq

“Böyük Britaniya Ukraynaya dənizdə hərbi mövcudluğunu gücləndirmək üçün Norveçlə birgə yaradılmış dəniz koalisiyasının büdcəsindən 120 milyon funt sterlinq dəyərində (155 milyon dollar) vəsait ayıracaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmerin ofisi məlumat yayıb.

Qeyd edilib ki, London həmçinin Qara dənizdəki taxıl dəhlizini qorumaq üçün Ukraynaya yüzlərlə dəniz pilotsuz uçuş aparatı və radar stansiyalarının tədarükünü maliyyələşdirmək üçün tərəfdaşlar axtarır.