Xəbərlər

İngiltərə və Almaniya müdafiə sahəsində əməkdaşlıq paktı imzalayacaq

“Böyük Britaniya və Almaniya oktyabrın 23-də Londonda dərinləşdirilmiş müdafiə tərəfdaşlığı sazişi imzalayacaqlar”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

“Trinity House Agreement” adlanan sazişə əsasən, Böyük Britaniya və Almaniyanın NATO-nun şərq cinahında tez-tez birgə hərbi təlimlər keçirməyə başlayacağı, pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə əməkdaşlıq edəcəyi və Şimal dənizində sualtı infrastrukturun birgə qorunmasına başlayacağı bildirilib.

Qeyd edilib ki, sənədin digər mühüm məqamı Almaniya Hərbi Hava Qüvvələrinə məxsus “Boeing P-8A Poseidon” dəniz kəşfiyyat təyyarəsinin Şimali Atlantikanı qorumaq üçün Şotlandiyanın şimal-şərqindəki Lossiemut aviabazasında yerləşdirilməsidir.